Açıqlama
“Ballı” meşə balı Böyük Qafqaz dağlarında dəniz səviyyəsindən 1500 metr yüksəklikdə toplanır. Tərkibinə görə meşə balı ən zəngin bal növüdür, ona hətta el arasında “hər dərdin dərmanı olan bal” da deyirlər. “Ballı” meşə balını əsasən yemişan, akasiya, qaratikan, ağcaqayın, moruq, çobanyastığı, cökə və digər meşə bitkilərinin nektarı ilə qidalanan arılar hazırlayır. Rəngi tünd, ətri isə toplandığı nektardan asılı olaraq spesifikdir. Həmçinin onu da nəzərə alın ki, meşə balının dadında çəmən balından fərqli olaraq az da olsa turşməzəlik olur.
Meşə balının çoxsaylı faydalarından bir neçəsini sadalayaq:
- Balın tərkibi A, B1, B2, B6, C, PP, K, E ve bir çox vitaminlərlə zəngindir
- Qanda hemoqlobinin miqdarini artırır
- İmmun sistemini gücləndirir
- Başda olan ağrıların aradan götürülməsinə yardım edir
- Yuxusuzluğu aradan qaldırır, sinir sistemini sakitləşdirir və s.
Şərhlər
Hələki heç bir şərh yoxdur.