Təsərrüfatımız

Münbit torpaqlarda yerləşən təsərrüfatlar

Yediyimiz balın keyfiyyəti, ətri, dadı və digər göstəriciləri həmin balı bizə bəxş edən arıların yaşadığı ərazinin coğrafi xüsusiyyətlərindən çox asılıdır. Meşə balı, dağ balı, çəmən balı, cökə balı və s. kimi ifadələrin yaranması da məhz bununla bağlıdır. Buna görə peşəkar arıçının birinci vəzifəsi bəslədiyi arılar üçün ən uyğun yaşayış ərazisini müəyyən etmək və lazımi şəraiti qurmaqdır.

Biz bu işə başladığımız gündən arılarımız üçün Azərbaycanın ən gözəl və münbit torpaqlarında məskən salmışıq. “Ballı”nın rəqiblərindən ən üstün cəhətlərindən biri də məhz budur!

Bol çeşid və müxtəlif regionlar

Ballı ilə əməkdaşlıq sizi rayonları gəzib xalis bal axtarışına çıxmaq əziyyətindən qurtaracaq. Ballı sizin üçün ən yaxşı balları seçir, laboratoriya yoxlanışlarında keçirir və giiyenik qablaşdırmada sizə çatdırır.

Bu gün “Ballı”mızın ayrı-ayrı çeşidləri Azərbaycanın fərqli rayonlarından toplanır və hər biri həm peşəkar mütəxəssislər, həm də dəyərli müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda bir neçə növ təbii bal və arıçılıq məhsulları ilə xidmətinizdəyik.

Hazırda “Ballı” təsərrüfatlarının yerləşdiyi regionlar bunlardır:

Şahdağın ətəyi və ətraf zonalar:

Əsasən Quba, Qusar va Xaçmaz rayonlarının ərazisində yerləşən arıxanalarımızın sakinləri zəngin bitki örtüyü, o cümlədən xaç-çiçəyi, xəşambül, gərməşov, göyrüş, qaraçöhrə, ağcaqayın, dəmirqara, əzgil, yemişan, böyürtkən, itburnu, zirinc, yonca, vəzərək, lələk və digər bitkilərlə zəngin olan yamaclar və meşələrdə qidalanır.

Balakən, Qax və Zaqatala

Əsasən Qax, Balakən, Zaqatala rayonlarının arazisində yerləşən arıxanalardan toplanır. Ərazinin florası 300-dən çox bitki növündən ibarətdir. Burada 100-ə yaxın ağac və kol bitki növləri yayılmışdır. Vadidə çəmən bitkiləri, ön dağlıqda isə çöl və yarımçöl bitkiləri geniş yayılmışdır. Bu bitkilərin 50-dən çoxu dərman, 100-ə yaxın bitki isə dekorativ və qiymətli seleksiya materialıdır.

Aran zonası

Arıların ən çox sevdiyi bitkilərdən biri olan biyan məhz aran zonasında, xüsusilə Kürdəmir və Saatlı rayonlarında geniş yayılıb. Biyanla yanaşı, dəvətikani, üçyarpaq yonca, otluq yonca va digər bitkilər də nektarlar zəngindir və anların sevdiyi bitkilərdir.

Cənub Zonası

Əsasan Lerik Astara, Masallı rayonlarının ərazisində yerləşən arıxanalardan toplanan ballardır. Bəs bilirsinizmi ki, “Ballı”nın arılarının bir qismi yalnız stasionar deyil, həm də mobil arıxanalarda yaşayırlar. Onları (təsərrüfatları) mövsümdan asılı olaraq bir zəngin ərazidən digər əraziyə köçürülür.