Tariximiz

Qısa tariximiz

“Ballı” markası Rəşidovların arıçılıq təsərrüfatının istehsalı üzərində qurulub. Bu arıçılıq təsərrüfatı 65 illik arıçılıq peşəsi təcrübəsinə malikdir. İlk olaraq bu ailəyə arıçılıq sənəti 1964 – cü ildə gəlmişdir. Bu gün müştərilər, illər ərzində qazanılmış güvənə görə Ballı-nın arıçılıq məhsullarını və tam təbii balını sevə – sevə alırlar. Məhsullarımız laboratoriya yoxlamaları zamanı yüksək göstəricilər göstərmişdir. Balımızın ayrı – ayrı çeşidləri Azərbaycanın fərqli rayonlarında toplanılır və hər biri həm peşəkar mütəxəssislər , həm də dəyərli müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir . Hazırda biz 8 növ təbii bal, müxtəlif arıçılıq məhsullarını, “APILIFE” seriyasını müştərilərimizə təqdim edirik. Məhsullarımız onlayn mağazamızdan və partnyorlarımız tərəfindən bir başa arıçıdan müştəriyə satılır.

Missiyamız

Ballını seçməklə siz illərin zəmanətinə arxalanaraq ailənizi tam təbii balla təmin etmiş olursunuz. Ballı olaraq əsas üzərimizə götürdüyümüz vəzifələrin bir neçəsi haqqında sizə qısaca məlumat vermək istəyirik:

1. Azərbaycan balını daha çox ilk olaraq daxili bazarda daha sonra isə xarici bazarda tanıtmaq.

2. Bal haqqında əlimizdaki resurslardan istifadə edərək daha çox maarifləndirmə aparmaq (Artıq bu sahədə işlərə başlamışıq)

3. Daha innovativ arı təsərrüfatlarının qurulması

4. Gələcəkdə Respublikanın digər arıçılarının da məhsullarının Balli markası altında satışına dəstək olmaq.

5. Vətəndaşlarımızın daha çox bal haqqında məlumatlı olması üçün mütəmadi təşviq yönlü tədbirlarin hayata keçirilməsi.