“Ballı” Qətərdə keçirilən “Beynəlxalq bal sərgisində”

“Apiaz” MMC (Ballı) 30 yanvar – 8 fevral 2020-ci il tarixində Qətər Respublikasının Doha şəhərində keçirilən “Beynəlxalq bal sərgisində” iştirak edib.

Sərginin sonuncu günündə 150-dən çox şirkətin 300-dən çox Bal nümunəsi arasında kecirilmiş “Məhsulların keyfiyyət qiymətləndirilməsi” yarışında Azərbaycanda arıçılıq sahəsində fəaliyyət göstərən “Ballı”nın (APIAZ MMC) təqdim etdiyi bal məhsulu xarici şirkətlər arasında məhsullarının keyfiyyətinə görə 2-ci yeri tutmuşdur. Bütün Laborotoriya analizləri keyfiyyət yoxlamaları məxfi şəkildə aparılmışdır.

Bu bir daha sübüt edir ki, zəngin təbiətə malik Azərbaycan balı dünya bazarında da layiqli yerini əldə edəcək. “Apiaz” MMC (Ballı) bundan sora da Azərbaycan məhsullarını Beynəlxalq bazarda təmsil etməyə davam edəcək.

Fikirlərinizi bildirin:

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir