Propolis (vərəmum)

Qiymət Çəki
25 AZN 100 q
Miqdar:

Çatdırılma qaydaları və şərtləri

Məhsul haqda

Bakı ərazisinə çatdırılma (pulsuz)

Bakının kəndlərinə çatdırılma 1kq-a qədər əlavə 2azn,1kq və yuxarı isə ödənişsiz.

Xırdalan və Sumqayıta 2kq-a qədər əlavə ödəniş 2azn, 2kq və yuxarı isə ödənişsiz.

Propolis ən güclü təbii antibiotiklərdəndir. Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qətranabənzər maddələri toplayıb emal etməyi ilə əmələ gəlir. Bu, plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir.

Tərkibi 55%-ə qədər qətran və balzamdan, 10%-ə qədəri efir yağlarından , 30%-ə qədər mum, 5%-ə qədər güləm, habelə sink, maqnezium, alüminium, vanadium, dəmir, kalsium, stibium, stronsium, müxtəlif turşular, antibiotiklərdən ibarətdir.

Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri var.