Bal və Yemişan

Qiymət Çəki
15 AZN 230 q
Miqdar:

Çatdırılma qaydaları və şərtləri

Məhsul haqda

Bakı ərazisinə çatdırılma (pulsuz)

Bakının kəndlərinə çatdırılma 1kq-a qədər əlavə 2azn,1kq və yuxarı isə ödənişsiz.

Xırdalan və Sumqayıta 2kq-a qədər əlavə ödəniş 2azn, 2kq və yuxarı isə ödənişsiz.

  • Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur. Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır. Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir. Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır. Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluqla mübarizədə kömək edir, qanda xolesterinin səviyyəsini azaldır. Yemişan yaşlı insanlar üçün çox xeyirlidir. Homeopatlar (təbii vasitələrlə müalicə edən həkimlər) yemişanı "qoca ürəyin dərmanı" adlandırırlar. Bu giləmeyvənin əsasında hazırlanmış preparatlar işemik xəstəliyi, ürək çatışmazlığı müalicəsi zamanı istifadə olunur. Ağır və uzunsürən xəstəliklərdən sonra yemişan daha tez sağalmağa kömək edir. İnfarkt keçirilmiş insanlar üçün bu giləmeyvə çox xeyirlidir. Yemişan iltihab və mikrobəleyhinə təsir edir. Bəzi araşdırmalar təsdiq edir ki, yemişan şişəleyhinə təsirinə malikdir. Yemişan pektinlərlə zəngindir. Pektinlər bağırsaqları orada yığılan müxtəlif toksiki maddələrdən təmizləyir.