Bal və Qara qarağat

Qiymət Çəki
15 AZN 230 q
Miqdar:

Çatdırılma qaydaları və şərtləri

Məhsul haqda

Bakı ərazisinə çatdırılma (pulsuz)

Bakının kəndlərinə çatdırılma 1kq-a qədər əlavə 2azn,1kq və yuxarı isə ödənişsiz.

Xırdalan və Sumqayıta 2kq-a qədər əlavə ödəniş 2azn, 2kq və yuxarı isə ödənişsiz.

Qarağat uşaqdan böyüyə hər birimizin sevimli meyvəsidir. Mütəxəssislərin qənaətinə görə, qara qarağat insan sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biridir. Qara qarağat vitaminlərin mənbəyi olaraq, avitaminoz, ateroskleroz və hipertoniya zamanı profilaktika və müalicə üçün istifadə edilir. Qara qarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Tərkibinə B qrupu, С və K vitaminləri, fol və askorbin turşuları, mikroelementlər, polifenollar, amin turşuları, tokoferollar və Omega-3 daxildir. Bundan əlavə qara qarağat dəmirlə zəngindir. Bu isə anemiyadan əziyyət çəkən insanlar üçün olduqca faydalı edir. Qara qarağatın tərkibində olan kalium elementi orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Qara qarağat iltihab və revmatizməleyhinə çox faydalıdır. Kapilyar və damarlar üçün da çox xeyirlidir - onları təmizləyir, elastikliyini artırır.