Əziz dostlar, bu bölmədə sizə “Ballı” arılarının yaşam coğrafiyası haqqında məlumat vermək istəyirik. Əgər sizə maraqlıdır, getdik…

Yediyimiz balın keyfiyyəti, ətri, dadı və digər göstəriciləri həmin balı bizə bəxş edən arıların yaşadığı         ərazinin coğrafi xüsusiyyətlərindən çox asılıdır. Meşə balı, dağ balı, çəmən balı kimi ifadələrin yaranması da məhz buna bağlıdır. Buna görə peşəkar arıçının birinci vəzifəsi bəslədiyi arılar üçün ən uyğun yaşayış ərazisini müəyyən etmək və lazımı şəraiti qurmaqdır.

Biz bu işə başladığımız gündən arılarımız üçün Azərbaycanın ən gözəl və münbit torpaqlarında məskən salmışıq. “Ballı”nın rəqiblərindən ən üstün cəhətlərindən biri də məhz budur!

Bugün “Ballı”mızın ayrı-ayrı çeşidləri Azərbaycanın 8 fərqli rayonunda toplanır və hər biri həm peşəkar mütəxəssislər, həm də dəyərli müştərilərimiz tərəfindən yüksək qiymətləndirilir.

Hazırda “Ballı” evlərimizin yerləşdiyi regionlar bunlardır:

Şahdağın ətəyi və ətraf zonalar – Əsasən Quba, Qusar və Xacmaz rayonlarının ərazisində yerləşən arıxanalarımızın sakinləri zengin bitki örtüyü, o cümlədən xaççiçəyi, xəşəmbül, böyürtkən, gərməşov, göyrüş, qaraçöhrəağcaqayın, dəmirqaraəzgil, yemişanböyürtkanitburnuzirinc, yonca, vəzərək, lələk və digər bitkilərlə zəngin olan yamaclar və məşələrdə qidalanır.

Aran zonası – Arıların ən çox sevdiyi bitkilərdən biri olan biyan məhz aran zonasında, xüsusilə Kürdəmir və Saatlı rayonlarında geniş yayılıb. Biyanla yanaşı, dəvətikanı, üçyarpaq yonca, otluq yonca və digər bitkilər də nektarlar zəngindir və arıların sevdiyi bitkilərdir.

Arılar üçün ən uyğun yaşayış məskənlərini müəyyən etmək üçün bir neçə əsas meyarı mütləq nəzərə almaq lazımdır. Peşəkar arıçını həvəskarlardan fərqləndirmək onun bu meyarlara əməl edib-etmədiyini mütləq araşdırmaq lazımdır:

  1. Birinci və ən əsas şərt – arıxana yerləşən ərazilərə yaxın ətrafda sənaye obyektleri olmamalıdır!
  2. Arı evlərini yol kənarında olmamalıdır, əks halda avtomobillərin zərərli qazları arıların evinə, ordan isə sizin süfrələrinizə daxil olur.
  3. Arılar sıx yaşayış məskənlərində yaşamağı heç sevmirlər.
  4. Arı ailələrinin bal yığımı dövründə məhsuldar işləməsi üçün ətrafda nektarla zəngin olan bitkilər geniş yayılmalıdır.

Bu amilləri nəzərə almadan arıxanalar yaradan rəqiblərimizə buradan salam göndəririk. Müştərilərin yaxşı balı pis baldan fərqləndirməsində onların da rolu əvəzsizdir J

Bəs bilirsinizmi ki, “Ballı”nın arılarının bir qismi yalnız stasionar deyil, həm də mobil arıxanalarda yaşayırlar. Onları “evləri” mövsümdən asılı olaraq bir zəngin ərazidən digər əraziyə köçürülür.

                  Bunu bilmək maraqlıdır: Stasionar arıxanalar əsasən arı südünün alinmasi və ana arıların                         yetişdirilməsi  çox əlverişlidir.