Arıçı olmaq  elə bir peşədir ki,  özündə  iradə  toplayıb  (təbii ki, arılardan qorxmayıb ) bu  sahə  haqqında maraqlanmağa və məşğul olmağa başladınsa  bunu sevməmək mümkün deyildir.  Bizim ailənində  51 il öncə  bu sahə  ilə tanışlığı arının insana verdiyi bu sevgidən başladı.

Balli Tarix

Ailəmiz  arıçılıqla  1961 ci ildən məşqul olmağa  başlayıb . Babamız  Rəşidov Əlifxan  1961 ci ildə həvəskar şəkildə   arıçılıq sənətini öyrənməyə  başladı . Buna qədər  o qazma qurğularında mühəndis  köməkçisi olaraq çalışırdı. Dörd il bu işi həvəskar arıçı kimi  davam etdi (P.S  Nə  üçün  həvəskar çünki  əsas  işi qazma sahəsində idi ) . Və  1965 ci ildən  artıq tam olaraq profisonal şəkildə  ilk olaraq 100 yeşiklik arıxanasını  qurdu .O  zaman bütün arıçılar  arıçılıq sovxozlarında  arıcı kimi çalışmaq məcburiyyətində  idilər.Balli Tarix

Babamızla bərabər  onun övladlarıda bu işə lap kiçik  yaşlarından  kömək edərək   məşğul olmağa başladılar.  Bütün arıçı  ailələrin  övladları kimi onlarda ilk olaraq  arıçılıq sahəsinin təsərrüfatda yardımcı işlərdə  köməklik edirdilər . Bu proses əslində  arıçı olmaq üçün ilkin ən qiymətli  prosesdir  bu prosesin sayəsində praktiki bütün prosesləri görə bilirsən .

Və  bələliklə təsərüfatımızda arıçıların  sayı  3ə  çatdı  yəni yaranmış  bu iki arıxanamızı Aydın və Həsən Rəşidovlar idarə  edirdi.

Bu günə  qədər bu arıçılar başda olmaqla ailənin bütün üzvləri bu işi səvə- səvə  davam etdirirlər . Artıq arıçı sayımız  6  olan böyük arıçı komandamız var J.