Dostlar, sizə “Ballı” brendi yaranana qədər məhsullarımızın Azərbaycanda tanıdan, illərlə bu sahənin bütün incəliklərinə yiyələnib müştərilərimizin yüksək keyfiyyətli, 100% təbii bal və bal məhsulları ilə təmin edən, uğurlarımızın əsas memarları olan arıçılarımızla tanış etmək istəyirik.

“Ballı”nın müəlliflərini siz də tanıyın. Onlar bu işi səvən, bu işə ömrünü verən insanlardır.

Arıçı Həsən Rəşidov

Həsən Rəşidov  

46 ildir arıçıdır. Bu sahədə 14 yaşından çalışmağa başlayıb. Daha sonra 1985-ci ildən Moskvada  Arıçılıq sahəsində  təhsil almağa başlayıb.Hazırda Arıçılar Birliyinin aktiv üzvü, Xaçmaz Arıçılar Birliyinin sədridir. Ölkəmizdə arıçılıqla bağlı keçirilən tədbirlərin fəal iştirakçısıdır.

Həsən Rəşidov yenilik etməyi sevən arıçı olduğu üçün gündəlik fəaliyyəti ilə yanaşı, aktiv damazlıq işlərinin görülməsi, yeni innovativ  arı yuvalarının (yeşiklərinin) hazırlanması və s. işlərlə davamlı məşğul olur. Əsasən Türkiyə və Rusiyada keçirilən bir çox konfransların iştirakçısıdır. Və bu ölkələrin bir cox arıçılıq institutları ilə əməkdaşlıq edir.

Şirkətimizdə arıxanaların idarə edilməsinə nəzarət onun kurasiyasındadır.

 

Aydın Rəşidov

Arıçılıq təcrübəsi 42 ildən artıqdır. İxtisasca müəllimdir. Arıçılıq fəaliyyətinə ali təhsilini bitirdikdən sonra əsas peşə fəaliyyəti ilə paralel peşəkar şəkildə məşğul olub. Bir müddət sonra isə müəllimlik fəaliyyətini dayandıraraq özünü tamamilə arıçılıq sahəsinə həsr etmişdir. Arıçılar birliyinin aktiv üzvlərindəndir.

“Ballı”nın Xudat-Yalama və Aran zonalarında yerləşən arıxanalarının idarə edilməsinə nəzarət edir.

 

Elşad Rəşidov

8 ildən artıqdır ki, arıçılıqla peşəkar məşğul olur. İxtisasca mühəndisdir. Ailənin digər üzvləri kimi Elşad da kiçik yaşlarından arı təsərrüfatlarının içində kiçik böyüyüb, təcrübə qazanıb. Ali təhsilini bitirdikdən sonra köməkçi arıçı kimi, daha sonra isə müstəqil peşəkar arıçı kimi fəaliyyətini davam etdirib. Hazırda arıçılıq təsərrüfatlarımızda arı südünün alınması və profilaktika işlərinin görülməsinə nəzarət edir.

  

Arıçı Rizvan Rəşidov

Rizvan Rəşidov


Peşəkar arıçı kimi fəaliyyətə 24 yaşından başlayıb. Artıq 10 ildən çoxdur ki, bu sahənin uğurları üçün tər tökür. Təssərrufatda daha cox arıçılıq inventarlarının hazırlanması və təmin edilməsi ilə məşğuldur.

 

 

Arıçı Rəsul RəşidovRəsul Rəşidov

Rəşidovlar nəslinin ən gənc arıçısı olan Rəsul 3 ildir ki, təsürrüfatlarımızda köməkçi arıçı kimi çalışır.

 

 

Rəşad Rəşidov

Əsas funksiyası “Ballı” markası altında  mehsulların satıışının təşkili , Məhsullarin ve Ballının  ölkə daxilində və ölkənin hüdudlarından kənarda tanıdılması, beynəlxalq tədbirlərdə iştirak, yeni texnologiyaların cəlb olunması və “Ballı” brendi altında bazara müxtəlif növ yeni məhsulların və həllərin təqdim olunmasıdır.