Ballı idman faydalıdır


Əziz dostlar, bu bölmədə biz balın idmanla məşğul olan insanlara möhtəşəm təsirindən danışacağıq. Bal və idman haqqında nə qədər informasiya axtarsanız yalnız balın idmandakı faydaları ilə qarşılaşacaqsınız. Ona görə vaxt itirməyin və balla qidalanıb idmanla məşğul olmağa tələsin.Balli idman

 

Bal idmanda bir nömrəli energetiklərdəndir

Aktiv həyat tərzi sürən, xüsusilə davamlı idmanla məşğul olan insanlar üçün bal əvəvzsiz qidadır! Yüzlərlə digər faydaları ilə yanaşı, bal anabolik prosəslərin sürətləndirilməsi üçün cavabdəh olan  B vitamini, həmçinin B2 və B6 vitaminləri ilə son dərəcə zəngindir, eləcə də testosteron kişi hormonunun inkişafını təmin edir.

Bal əvəzsiz enerji mənbəyi olduğu üçün onu həm məşqdən öncə, həm də sonra istifadə etmək mümkündür. Bal bədəndə yarım saat ərzində dəmək olar ki 100% əriyir və heç bir artığı qalmır. İdmançı üçün məşq öncəsi bal yeyərsə:

  • MetoBolik prosesləri tezləşəcək və qan dövranı yaxşılaşacaq;
  • Əzələlərin təmizlənməsi sürətlənəcək;
  • Enerji itkisi və amin turşulu birləşmələrin itkisi kompensasiya ediləcək.

İndi isə məşqdən sonra balla qidalanmağın faydalarından danışaq. Məşqdən sonra yeyilən bal orqanizmdə katabolik prosesləri sıfıra endirir, yaraların sağalmasını və enerji əvəzetmələrini  sürətləndirir, orqanizmin ümumi tonusunu yaxşılaşdırır. Bununla yanaşı, bala digər inqridientlər  əlavə etsəniz anabolik steroidlərlə muqayisə edilməz unikal və ləzzətli kokteyllər əldə edə bilərsiniz.

Baldan idman kokteylləri üçün sizə bir neçə dadlı resept vermək istəyirəm.

Resept №1.   Bal ve qozun qarışığı barədə yəqin ki çox eşitmisiniz. Bu iki təbiət möcüzəsinin qarışığı protein karbohidratlarının əla bərpaedicisidir. Bir porsiyaya cəmi 50 qram bal və 30 qram qoz və ya fındıq daxil edilir. Üstəlik bu qarışığa təzə sıxılmış portağal və ya qreypfrut şirəsi əlavə etsəniz ləzzətli yağ əridən maddə əldə edəcəksiniz. Bu qatqını yeməkdən yarım saat əvvəl qəbul etsəniz ürəyinizə də çox faydası olacaq.

Resept №2. Sizə qəribə gələ bilər, amma bu resept balla sarımsağın qarışığından ibarətdir! Ta qədimdən sirk pəhləvanlarının əsas kokteyli olan bu qarışıq böyümə hormonlarını və testosteronları aktiv stimullaşdırır. Beləliklə, 1 diş sarımsağı sürtgəcdən keçirib 1 xörək qaşığı bal ilə qarışdırıb bu maddəni gecə qəbul etsəniz çox yaxında faydasını görəcəksiniz!

Реsept №3.  Yenə sadə bir resept – uşaqlığımızdan bəri yaxşı tanıdığımız ballı süd! Balla südün qarışığının immunitetin artması, sinir əzələlərinin güclənməsinə əvəzsiz təsiri var. Bu qarışığa həmçinin müxtəlif çərəzlər, giləmeyvələr və meyvələr əlavə etməklə daha ləzzətli və daha faydalı kokteyllər əldə edə bilərsiniz.

 

Dəyərli oxucu, burada sizə təqdim etdiyimiz məlumatlar yalnız aysberqin görünən tərəfidir. Böyük tarixə malik bal elmini dərindən öyrənmək üçün illər lazımdır.  Bu mövzunu araşdırmağa davam edin, əminik ki, qarşınıza çıxan məlumatların faydasını görəcəksiniz.

 

 

İstifadə olunmuş açar sözlər: