Prezident İlham Əliyev bir sıra sahibkarı təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər".

Və həmin şəxslərdən biri də BALLI-nın direktoru Rəşidov Rəşad Aydın oğlu "Tərəqqi" medalına layiq görülüb.

Ballı-nın məhsullari ölkə rəhbərinində xüsusi diqqətində olması bizləri çox sevindirir.