Bal və Balalarımız

Dostlar ondan başlayaq ki, uşaq qidaları üzrə mütəxəssislərin məsləhətlərinə görə balı uşaqlara 1,5 yaşından sonra vermək lazımdır. Bal güclü maddədir və onun tərkibindəki karbohidratlar immun sistemi zəif olan körpələrdə müəyyən fəsadlar törədə bilər. Uşağın mədə-bağırsaq sistemi formalaşdıqdan sonra onun rasionunda sehrli bir element peyda olur. Bu baldır! Pediatorlar, əks-göstərici yoxdursa, ilk mərhələdə körpəyə gündə yarım çay qaşığı miqdarında bal vermək olar, müəyyən müddətdən sonra fəsad olmadığı təqdirdə balın miqdarını gündə 1 çay qaşığına qədər qaldırmaq olar.

Bununla yanaşı, bəzən həkimin məsləhəti ilə balı süni ana südünə əlavə etməklə onu südəmər usaqlara,  xüsusilə də vaxtından qabaq anadan olmuş, hipoxromanemiyalı və sarılıq xəstəlikləri olan uşaqlara da vermək tövsiyyə olunur.

Uşaqlar üçün xüsusilə çəmən balını ve bizim möhtəşəm məhsulumuz olan bal kremini tovsiyyə edirik.

Bəzən uşaqlar ilk vaxtlarda balın tamına alışmadıqları üçün onu yeməyə bilərlər. Bu halda onlara bal kremini daddırın. Bu məhsulun tərkibi orijinal balla tamamilə eynidir, forması isə xüsusi mikser texnologiyası ilə hazırlanmış yumşaq maddədir.

Uşaqları gec və ya tez bala alışdırmaq lazımdır. Onların sevdiyi şokoladlar, jelelər və digər sənayə üsulu ilə hazırlanmış şirniyyatlar çoxmu faydalıdır? Əlbəttə yox. Onların hər birinin tərkibinə müxtəlif maddələr qatılır və nəinki uşaqlar, hətta böyüklər də onu yeməkdən həzz alır. Lakin təbii balın tərkibi və faydası ilə bunu müqayisə etmək olarmı?

İsveçrəli alimlər Emrixa, Frauengribera ve Gruneranın İsveçrənın uşaq sanatoriyalarinda apardıqları tədqiqatlara görə istirahətə ehtiyacı olan uşaqlara 4-8 həftə ərzində bal  müalicə kursu keçirilmisdir.  Müalicə zamanı balın miqdarı gündə 2 dəfə 1 çay qaşığından 1 xörək qaşığına qədər artırılmışdır. Nəticədə uşaqların çəkisi artmış, hemoqlabinin miqdarı yüksəlmiş, uşaqların iştahı artmışdır, əsəbilik və tənəffüs yolları xəstəlikləri qısa zamanda sağalmış, xəstəliklərə qarşı müqavimət güclənmiş və ümumi halı stabilləşmişdir.  Adi qida ilə alınan nəticə baldan alınan nəticə qədər uzun müddət qalmırdı.  

İstifadə olunmuş açar sözlər: